"Çətinliklərdən qorxmuram" - Rəşad Sadıqov

"Çətinliklərdən qorxmuram" -  Rəşad Sadıqov
MÜSAHİBƏ 11 Sentyabr 2018 / 23:12 5373
-  A +

"Güclü komandaya qarşı oynadıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışdıq. Qrupumuzda iki favorit var - Norveç və Almaniya. Norveç artıq Almaniyanı məğlub edib. Pis oynamadıq. Rəqib üstünlüyə malik idi ki, bu da gözlənilirdi. Futbolçularımızın istəklə və sonadək mübarizə aparmaları sevindiricidir. Ümumilikdə komandamdan razıyam".

Bu sözləri 21 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad SadıqovAvropa çempionatının seçmə mərhələsində  Bakıda Norveçə 1:3 hesabı ilə uduzduqları oyundan  sonra mətbuat konfransında deyib.

- U-21 yığması birinci diviziona buraxılsaydı, daha yaxşı omazdı?

- Birinci divizion elə səviyyədə turnir deyil ki, ora bu komandanı buraxasan. Bundan dividend almayacağıq. Premyer Liqada oynasaydıq, bu, bizə kömək olardı.

- Hansısa qapıçını milliləşdirmək istəyiniz var?

- Bu haqda düşünmürəm. Kamran İbrahimov potensiala malik qapıçıdır. Bu gün səhv etdi, ancaq ona etimad göstərirəm. Səhvlər üzərində öyrənirsən. Onu özüm bilərəkdən belə oyunlara buraxıram ki, "bişsin".

- Barış Ekincier əsas millinin UEFA Millətlər Liqasında oktyabr matçlarına dəvət ala bilər?

- İstərdim ki, futbolçularımdan kimsə çağırılsın. Barış ilk dəfə U-21-də əsas heyətdə meydana çıxdı. Ümid edirəm ki, növbəti tsikldə daha güclü yığmamız olacaq.

- Milli komanda Millətlər Liqasında uğursuz starta görə çox tənqid olunur...

- Həmişə olduğu kimi, nəticə yoxdursa, tənqid var. Qələbə varsa, tərif olacaq. Bizdə futbolu düzgün təhlil etmirlər. Çoxlu itkimiz vardı, oynayanlar yaxşı formada deyildilər. Mübarizə apardılar, daha yaxşı oynaya bilərdilər. Ümid edirəm ki, növbəti matçlarda formada olacaqlar. Farer adaları ilə matç finala bərabər olacaq. Nəticə olsa, vəziyyət dəyişəcək. Çünki bundan sonrakı 2 matçı evdə keçirəcəyik.

- Millidə lider yoxdur. Əsas yığmaya qayıtmağınız mümkündür?

- Çətinliklərdən qorxmuram. Lazım olsam, yenidən millidə oynayacağam. Ancaq indi belə kritik ehtiyac yoxdur. Hələ ki, burada lazımam. Ona görə Azərbaycan futboluna bu sahədə fayda verməyə çalışıram.

Daha çox


Son xəbərlər