UEFA-dan yeni turnir - 2021/2022 mövsümündən

UEFA-dan yeni turnir - 2021/2022 mövsümündən
DÜNYA FUTBOLU 11 Sentyabr 2018 / 14:03 7445
-  A +

UEFA Avropada Çempionlar Liqası və Avropa Liqasından başqa, üçüncü turnir təşkil etməyə hazırlaşır.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Avropa Klublarının Assosiasiyasının prezidenti Andrea Anyelli məlumat verib. O bildirib ki, bununla bağlı UEFA ilə danışıqlar başa çatmaq üzrədir: "Bu turnirin 96 komandanın iştirakı ilə 2021/2022 mövsümündən başlanacağı gözlənilir".

Yeni turnirin formatı barədə məlumat verilməyib.

Avropa mətbuat ıÇempionlar Liqasında komanda sayının eyni qalacağını, Avropa Liqasındakı komandaların sayının isə 48-dən 32-yə endiləcəyini yazıb. Yeni turnirdə UEFA-ya üzv olan ölkələrin kubok turnirlərinin qaliblərinin iştirak edəcəyi iddia olunub.


Son xəbərlər