"Azərbaycanla oyunda bərabərlik uğurlu nəticədir"

"Azərbaycanla oyunda bərabərlik uğurlu nəticədir"
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2018 / 01:26 4123
-  A +

"Azərbaycan çox yaxşı komandadır. Bərabərliyi bizim üçün uğurlu nəticə hesab edirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasının II turunda millimizlə oyundan (1:1) sonra təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib.

63 yaşlı mütəxəssis bildirib ki, Malta yığması getdikcə oyunu yaxşılaşdırır: "İrəliyə doğru addımlayırıq. Bugünkü matç komandam üçün çox önəmli idi. Daha böyük dəstəyə ehtiyac duyuruq. Qrupumuzda favorit yoxdur. Məsələn, Kosovo yeni komandadır. İstədikləri yeni futbolçularla heyəti gücləndirə bilərlər. Farer adaları da güclüdür. Lakin fikrimcə, Kosovo bir qədər üstündür. Hazırkı reytinq cədvəli yığmaların gücünü düzgün əks etdirmir. Kosovo daha üst sırada dayanmalıdır".

Daha çox


Son xəbərlər