"Yaxşı formadayam" - Ansi Aqolli

"Yaxşı formadayam" - Ansi Aqolli
ÖLKƏ FUTBOLU 10 Sentyabr 2018 / 18:56 2567
-  A +

"Konfransda iştirak etdiyim üçün üzr istəyirəm. Hər bir kapitan bura gəlməyə borcludur. Məşqçi hər şeyi düz vurğuladı. Nəyisə təkrarlamaq istəmirəm. Normaldır, hər bir oyunçu oynamaq üçün milliyə gəlir. Qərarları məşqçi verir. Komanda müsbət nəticə əldə etmək üçün irəliyə doğru hərəkət etməlidir".

Qol.az-ın məlumatına görə, bu sözləri Albaniya millisinin kapitanı Ansi Aqolli UEFA Millətlər Liqasında Şotlandiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Qarabağ"ın futbolçusu yaxşı formada olduğunu bildirib: "Mən bacardığım hər şeyi etdim, yaxşı formada olduğumu hesab edirəm. Start heyətin necə olacağını bilmirəm. Çünki məşqçi hələ 11-liyi müəyyənləşdirmədiyini dedi. Gəlin, gözləyək. Ümid edirəm ki, oynayacağam".

Qeyd edək ki, Albaniya millisinin baş məşqçisi Kristian Panuççi A.Aqollinin Şotlandiya ilə matçda hazır olduğunu və onun oynayıb-oynamayacağına bu gün qərar verəcəyini bildirib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı