"Qurban Qurbanov hamımızı birdən meydana buraxa bilməz"

"Qurban Qurbanov hamımızı birdən meydana buraxa bilməz"
MÜSAHİBƏ 10 Sentyabr 2018 / 12:50 4721
-  A +

Milli komandamız və “Qəbələ”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə Qol.az-a müsahibə verib. Yığmamızın UEFA Millətlər Liqasının ikinci turunda bu gün səfərdə Malta ilə keçirəcəyi oyundan danışan futbolçu  meydana qələbə üçün çıxacaqlarını bildirib.

- Milli komanda Malta ilə oyuna nə dərəcədə hazırdır?

- Oyuna normal hazırlaşmışıq. Düzdür, Kosovo ilə matçdan sonra çox vaxtımız olmadı. Buna baxmayaraq, komanda şəklində qarşılaşmaya tam hazırıq.

- İlk turda evdə Kosovo ilə qolsuz bərabərlik qeydə alındı. Bu günkü matçdan nə gözləmək olar?

- Bizim üçün çətin oyun olacaq. Çünki rəqibin meydanında oynayırıq. Amma baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirə bilsək, nəticənin yaxşı olacağını düşünürəm.

- Kosovo ilə matçın ikinci hissəsində meydana daxil oldun və inamlı təsir bağışladın. Necə düşünürsən, həmin görüşdəki fəal oyunun Maltaya qarşı matça start heyətində başlamağına imkan yarada bilərmi?

- Start heyəti baş məşqçi müəyyənləşdirir. Qurban Qurbanov hamımızı birdən meydana buraxa bilməz. Start heyətində 11 nəfər güvənə bilər. Əgərə oynamaq şansı qazansam, əlimdən gələni etməyə çalışacağam.

- Malta ilk turda səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub. Bu, sizi arxayınlaşdırmır?

- Xeyr, heç bir arxayınçılıqdan söhbət belə gedə bilməz. Hamımız axşamkı oyuna ciddi hazırlaşmışıq.

- Kosovo ilə Maltanı ncə müqayisə edərdin?

- Bu komandaları müqayisə etməzdim. Çünki tam fərqli yığmalardır və fərqli sistmlə oynayırlar.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın