Azərbaycan millisinin futbolçusu Mahir Mədətov UEFA Millətlər Liqasının ilk turunda Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, oyunda haqda fikirlərini bildirib.
- Bu görüşdə start heyətində yer alacağınızı gözləyirdiniz? Öz çıxışınızı necə dəyərləndirərdiniz?
- Qərarı baş məşqçi verir. Bu, bizdən asılı olan bir şey deyil. Bizim işimiz var gücümüzlə məşq eləməkdir. Məşqlərimizi edirik və Qurban müəllim kimə şans verirsə, o da çıxıb meydanda hər şeyini ortaya qoymalıdır. Çətin matç oldu. Açıq oyun gedirdi. Bir az ehtiyatlı da davranırdıq. Hamı kompakt oynamağa çalışırdı. Hiss olunurdu ki, Kosovo əks hücumlara bel bağlayacaq. Maraqlı oyun alındı. Birinci görüş olduğunu nəzərə alsaq, pis keçmədi. Çalışacağıq ki, gələcək matçlarda oyunumuzun keyfiyyətini daha da artıraq.
- İkinci hissənin sonlarında rəqibi qapısına doğru sıxışdıra bildik. Həmin oyunu ilk hissədə sərgiləməyə nə mane olurdu? Taktiki dəyişikliklər oldu?
- İkinci hissədə də oyuna eyni sxemlə çıxdıq. Bəlkə də həyəcan var idi. Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissə isə bizim üstünlüyümüzlə keçdi. Yeni turnirdə ilk oyunumuz idi. Hələ öyrəşmə səviyyəsindəyik. Düşünürəm ki, Malta ilə matçda daha yaxşı nəticə qazanacağıq.
- Bu gedişatla Kosovonu səfərdə məğlub edə bilərikmi?
- Futbolda hər şey olur. Kosovo yaxşı komandadır. Bunu etiraf etmək lazımdır. Biz də zəif deyilik.
- Malta ilə oyunla bağlı nə deyə bilərsiniz?
- Hələ ki, Kosovo ilə oyunu analiz edirdik. Maltanın oyununu görməmişəm. Analiz edəcəyik. Səfərə qələbə üçün gedirik. Niyyətimiz qrupumuzu birinci pillədə başa vurmaqdır.
- Azarkeşlərin azlığını gördükdən sonra təəccübləndiniz?
- Bəli. Təəccübləndim. Daha çox azarkeş gözləyirdim. Bu milli komandadır. Azərbaycan üçün oynayırıq. Ölkə üçün vacib turnirdir. Bu turniri keçsək, Avropa çempionatında oynamaq şansımız var. İnsan dəstək görməyəndə üzülür. Azarkeşlər deyir ki, "niyə oynamırlar?” Bəs onlar niyə gəlmirlər?
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta