"Mən qorxmuram, faktları deyirəm" - Qurban Qurbanov

"Mən qorxmuram, faktları deyirəm" - Qurban Qurbanov
MÜSAHİBƏ 7 Sentyabr 2018 / 22:48 11618
-  A +

Millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının ilk turunda evdə Kosovo ilə qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Ağır oyun oldu. Bunu gözləyirdik. Rəqibin fərdi ustalıqlı oyunçuları var idi. İlk yarıda hər iki komanda ehtiyatlı idi, fasilədən sonra daha maraqlı oldu. Futbolçularımın nizam-intizamlarından razı qaldım.
 
- Sizə elə gəlmirmi ki, start heyəti səhv seçmişdiniz? Çünki ikinci hissədə meydana daxil olan futbolçular oyunun axarını dəyişə bildilər.

- Mən buna qorxaq futbol deməzdim. İlk yarıda rəqibin fərdi hazırlıqlı futbolçularının qarşısını aldıq.
 
- Milli komanda bundan da yaxşı oyuna qadirdir?

- Mütləq qadirdir. Bunun üçün futbolçular yaxşı çempionatlarda olmalıdır. Mən qorxmuram, sadəcə, faktları deyirəm. Futbolçularımızın daha yaxşı oynamaq potensialları var. Bunu gələcəkdə görəcəyik.
 
- Qələbəyə nə mane oldu?

- Rəqibi taktiki cəhətdən düzgün analiz etmişdik. Lakin çempionat aşağı səviyyədədirsə, ustalığı artırmaq mümkünsüzdür. Futbolçularımız sonadək aqressiv ola bildilər və rəqibdən çəkinmədilər.
 
- Cavid İmamverdiyev Malta ilə səfərdə oynaya bilər?

- Ola bilər. Amma bu, hazırlıqdan asılı olacaq.

 



- Oyun ərzində taktiki dəyişiklik etməyi düşünmədiniz?

- Rəqib elə də sadə oyunçulardan ibarət deyil. Futbolçu dəyişikliklərimizdən sonra oyunumuz sürətləndi. Rəqibə hücumlar qurmaq imkanı vermədik.
 
- Bugünkü heç-heçədən sonra şansları necə dəyərləndirərdiniz?

- Sonadək mübarizə aparacağıq. Ola bilər, 2 oyunda uduzasan, sonra qrup qalibi olasan. Sonadək mübarizə aparacaq, hər bir rəqibə qalib gəlməyə çalışacağıq.
 
- Almeyda son aylarda oyununu artırıb, yoxsa...?

- Almeydanın gerilədiyini deməzdim. Oyunundan razı qaldım. Yenə sərbəst çıxış edirdi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord