"Qarabağ"ın dəyərini və nə demək olduğunu yaxşı bilirəm" - Ozobiç

"Qarabağ"ın dəyərini və nə demək olduğunu yaxşı bilirəm" - Ozobiç
MÜSAHİBƏ 5 Sentyabr 2018 / 13:00 5509
-  A +

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, 27 yaşlı futbolçu söhbətə Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Şerif”in qapısına vurduğu möhtəşəm qoldan başlayıb.

- Rəqibi keçdikdən dərhal sonra qapıya doğru zərbə haqda düşündüm. Ancaq qarşımda heç kimin olmadığını görüb, bir az da irəlilədim. Ardınca isə topu qapıya göndərdim. Hesab 3:0 oldu. Bu, artıq mərhələni keçmək demək idi. “Şerif” yaxşı komandadır, amma iki oyunun nəticəsinə görə qrupa düşməyə biz layiq idik.

- Bu, adi qol deyildi. İki il öncə “Qəbələ”nin heyətində “Lill”ə də belə qol vurmuşdunuz...

- Hə, yadımdadır. Ümid edirəm ki, sonuncu olmayacaq.  Azərbaycan çempionatında da bu cür qollarım olub. Bunların sayı daha çox olsa, pis olmaz (gülür).

- Niyə “Qarabağ”ı seçdiniz?

- “Qarabağ” 5 qat çempiondur. Baxmayaraq ki, “Qəbələ” əla klubdur, “Qarabağ” daha sabitdir. Hər şey yüksək səviyyədə təşkil olunub. “Qəbələ” ilə müqaviləm başa çatmışdı. Onlar qalmağımı istəyirdilər. Ancaq mənə daha yaxşı şərtlər təklif olunmuşdu. Ona görə də “Qarabağ”a keçdim.

- Çindən də təklif aldığınız doğrudur?

- Bəli, onların iki il hər həftə sonu məni izləmək şanları var idi. Əlbəttə, mənimlə maraqlandıqları üçün şad olmuşdum.

- Bir çox ölkələrdə futbolçular bir iddalı klubu digərinə dəyişəndə əvvəlki komanda ilə səfər oyununa gedəndə problem yaşayır. Siz, “Qəbələ”nin stadionuna rahat gedə bilirsiniz?

- Onlar mənə görə üzülmüşdülər. Amma peşəkar futbolda bu, normal şeydir. Düşünürəm ki, Qəbələyə rahat gedə biləcəyəm. Amma hələ ki, onlarla səfər oyunumuz olmayıb.

- Milliyə yenə dəvət almadınız. Deyəsən, artıq bir daha yığmaya çağırılmayacağınızı düşünürsünüz və artıq bununla barışmısınız...

- “Qarabağ”ın dəyərini və nə demək olduğunu bilirəm. Təklif gələndə heç düşünmədim, dərhal qəbul etdim. Burda hər şey əladır. Milliyə dəvət almamağım iddalı olmamağım demək deyil. “Qarabağ” əla komandadır və şərtləri də çox yaxşıdır. Xorvatiya klubları futbolçulara belə dəyər vermir. “Dinamo” və “Riyeka” ilə qarşılaşsaq, onları necə keçəcəyimizi görəcəksiniz. İnanıram ki, “Qarabağ” Avroliqada qrupdan çıxacaq və yoluna davam edəcək.

- Düşdüyünüz qrupu necə dəyərləndirirsiniz?

- Qrupumuzda “Arsenal” və “Sportinq” kimi çətin və Çempionlar Liqası səviyyəsində komandalar var. “Vorskla” isə zəifdir. Qrupdan çıxmaq istəyirik. Bunun üçün mümkün xalın hamısını toplamağa çalışacağıq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı