"Ronaldonun "Yuventus"a getməsinə təəccübləndim" - Messi

"Ronaldonun "Yuventus"a getməsinə təəccübləndim" - Messi
DÜNYA FUTBOLU 3 Sentyabr 2018 / 22:05 7905
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi Kriştiano Ronaldonun "Real"dan ayrılaraq "Yuventus"a transfer olunmağına münasibət bildirib.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı hücumçunun Turin klubuna keçidinə təəccübləndiyini deyib: "Sözün düzü, Ronaldonun "Real"ı tərk edəcəyini gözləmirdim. Madridlilər onun gedişi ilə çox şey itirdilər. Mən onunla çox klubun maraqlandığını eşidirdim. Ancaq "Yuventus"a keçməsi ən az ehtimal edilən variant idi. Mən, həqiqətən, bu transferə təəccübləndim. Amma "Yuventus" çox yaxşı komandadır. Onlar avrokuboklarda əsas favoritlərdən olacaq".

L.Messi "Real"da Ronaldodan başqa, yaxşı futbolçuların olduğunu bildirib: "Bu klub titullar uğrunda mübarizə aparmağa davam edəcək".

Qeyd edək ki, Ronaldo bu yay "Real"dan "Yuventus"a transfer olunub.


Son xəbərlər