Ronaldoya yaraşmayan göstərici - 23 zərbə, 0 qol

Ronaldoya yaraşmayan göstərici -  23 zərbə, 0 qol
DÜNYA FUTBOLU 2 Sentyabr 2018 / 14:09 5047
-  A +

Bu yay  “Real”dan “Yuventus”a keçən Kriştiano Ronaldo hələ də İtaliya A Seriyasında qol hesabını aça bilməyib.

Qol.az-ın xəbərinə görə, portuqaliyalı hücumçu rəqib qapılarına 23 zərbə endirsə də, bunlardan heç biri qol olmayıb. İtaliya mətbuatı Ronaldonun bu göstəricisinin Avropada ən pis nəticə kimi qiymətləndirib.

Qeyri-dəqiq zərbələrdə ikinci yeri “Nant”ın yarımmüdafiəçisi Valenten Ronjye tutur. Onun 15 zərbəsi hədəfdən yayınıb. Üçüncü yerdə “Kristal Palas”dan Kristian Benteke (13) qərarlaşıb.

Qeyd edək ki, “Yuventus”  33 yaşlı futbolçu üçün  “Real”a 112 milyon avro təzminat ödəyib. Futbolçu özü isə ilinə 30 milyon avro qazanacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın