Fabio Luis Ramim “Orduspor”da?

Fabio Luis Ramim “Orduspor”da?
XƏBƏR 25 May 2010 / 18:27 2244
-  A +

Anatoli Ponomaryovun şərəfini qoruduğu Türkiyənin “Orduspor” klubu yığmamızın daha bir futbolçusunu sıralarına cəlb etmək üzrədi. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bank Asya Birinci Liqada çıxış edən Ordu şəhərinin təmsilçisi yığmamızın milliləşən futbolçusu Fabio Luis Ramimi transfer etmək istəyir. Bu haqda məlumatı “Orduspor”un prezidenti Nedim Türkmən türkiyəli həmkarlarımıza açıqlamasında verib.
O, yeni mövsüm öncəsi transfer çalışmalarını sürdüklərini və Ramimlə prinsipcə anlaşdıqlarını bildirib: “Orta sahədə oynayan bu futbolçunun 29 yaşı var, Azərbaycan millisinin üzvüdür. Fabio yaxın günlərdə Türkiyəyə gələrək “Orduspor”la 1,5 illik müqaviləyə imza atacaq”.
Lakin maraqlıdır ki, Fabio ölkə kubokunu qazanandan sonra “Bakı” ilə müqaviləni daha iki illik uzatmaqla bağlı razılığa gəlib. Yəni 2008-ci ildə bu komandaya keçən Ramim anlaşmasını 2012-yə kimi uzadıb.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord