Millimizin rəqibi problemlə üzləşdi

XƏBƏR 25 May 2010 / 18:21 1655
-  A +

Honduras yığması millimizlə yoldaşlıq görüşü keçirəcəyi Avstriyada problemlə üzləşib. Qol.Az-ın məlumatına görə, qarşıdakı dünya çempionatına hazırlıq prosesini də orada - Alp dağları ətrafında keçirməyi planlaşdıran honduraslılar məkanını dəyişməli olub. Rəqibimizin qalmaq niyyətində olduğu Bad Blayberq şəhərindəki meydança güclü leysan yağışları nəticəsində yararsız hala düşüb. Nəticədə Honduras yığması digər şəhərdə - Hermaqorda məskən salacaq. Ora Bad Blayberqddən 250 metr aşağıda yerləşir.
Qeyd edək ki, Azərbaycan - Honduras oyunu iyunun 2-də Zalsburq federal torpağında keçiriləcək. Yığmalar Sel-am-Zi dairəsinin elə bu adı daşıyan şəhərinin stadionuna çıxacaq.


Son xəbərlər