“Bakı” Aleksandr Starkovla danışıqlar aparır

“Bakı” Aleksandr Starkovla danışıqlar aparır
ÖLKƏ FUTBOLU 25 May 2010 / 17:31 2505
-  A +

Azərbaycanın 2009-2010-cu il mövsümündə kubokunu qazanmış paytaxtın "Bakı" futbol klubu latviyalı məşqçı Aleksandr Starkovla danışıqlara başlayıb. Qol.Az-ın “Trend” agentliyinə istinadən verdiyi məıumata görə, Starkovla ilkin razılıq əldə olunub.
Aleksandr Starkov uzun müddət Riqanın "Skonto" futbol klubunu çalışdırıb. 2003-cü ildə baş məşqçi qismində Latviya yığmasını Avropa çempionatının final mərhələsinə çıxarıb. 2005-ci ildə çalışdırdığı Moskvanın "Spartak" futbol klubu Rusiya çempionatının gümüş medalını qazanıb. Sonra yenidən Latviya yığmasının baş məşqçisi olan Starkov 2010-cu il dünya çempionatının seçmə oyunlarında millisini öz qrupunda üçüncü yerə yüksəldib. 12 qat Latviya çempionu, altıqat Latviya kubokunun sahibidir.
Hazırda "Bakı" klubunun baş məşqçisi türkiyəli mütəxəssis Cüneyit Biçərdir.
"Bakı" klubunun rəsmisi Nəriman Mehdiyev bildirib ki, komanda yeni baş məşqçi üçün bir çox namizəd üzərində iş aparır. "Bu istiqamətdə təhlillər aparılır. Ola bilsin ki, menecerler hansısa məşqçilərlə danışıqlar aparsın. Ancaq hazırda klub səviyyəsində hər hansı məşqçi ilə danışıqlar aparılmır", - deyə N.Mehdiyev vurğulayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord