Ziko: “Türkiyədə “Fənərbaxça”dan başqa klubda işləmərəm”

Ziko: “Türkiyədə “Fənərbaxça”dan başqa klubda işləmərəm”
XƏBƏR 25 May 2010 / 17:29 1819
-  A +

“Mən Türkiyədə “Fənərbaxça”dan başqa klubda işləmərəm”. Qol.Az-ın  məlumatına görə, bu sözləri “Fənərbaxça” klubunun keçmiş baş məşqçisi Artur Ziko Türkiyə mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, yenidən Türkiyəyə qayıtmalı olsa, yalnız bir klubda çalışmağa razıdı: “Mən  “Fənərbaxça”ya ürəkdən bağlanmışam. Əgər Türkiyəyə qayıtmalı olsam, yenidən “Fənərbaxça”nı çalışdıraram. Bildiyiniz kimi, mən öz futbol karyeramda Braziliyada “Flamenqo”dan başqa digər klublarda oynamamışam. Bu mənim təbiətən belə olmağımdan irəli gəlir. Hər hansı bir komandaya bağlandımsa, gözüm ondan başqasını görmür. Superliqanın sonunda “Fənərbaxça”nın çempion ola bilməməsi məni çox üzdü. Bununla belə, “Fənərbaxça” Türkiyənin ən böyük klublarından biri kimi hər zaman mənim ürəyimdə yaşayacaqdır”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord