Avrokuboklarda mövsümün ən yaxşı qolu - Video

Avrokuboklarda mövsümün ən yaxşı qolu -  Video
VİDEO 28 Avqust 2018 / 15:50 2744
-  A +

UEFA ötən mövsüm avrokuboklarda vurulan ən yaxşı qolun müəllifini açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, “Yuventus”un yeni transferi Kriştiano Ronaldonun “Real”ın heyətində Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda (3:0) akrobatik zərbə ilə hazırkı klubunun qapısından keçirdiyi top ən yaxşı seçilib.

Sorğuda iştirak edən 346 min 915 respondentin 197 min 496-ı portuqaliyalı superulduzun lehinə səs verib.

İkinci yerə “Marsel”in kapitanı Dmitri Payetin Avroliqada “Leyptsiq” klubuna vurduğu qol layiq görülüb. İspaniyanın qadınlardan ibarət millisinin üzvü Eva Navarronun Almaniyaya vurduğu qol isə 3-cü olub.

Qeyd edək ki, 2016-2017 mövsümündə isə “Yuventus”un hücumçusu Mario Mancukiçin Çempionlar Liqasının finalında Madrid “Real”ına vurduğu qol ən yaxşı seçilmişdi.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı