Moldova yığmamızla oyuna 6 legionersiz çıxacaq

XƏBƏR 25 May 2010 / 14:16 1763
-  A +

Sabah Avstriyada yığmamızla yoxlama matçı keçirəcək Moldova millisi heyətlə bağlı ciddi problemlərlə üzləşib. Qol.Az-ın məlumatına görə, baş məşqçi Qabi Balint “Daçiya” və “Şerif”in milli üzvlərini ölkə kubokunun finalına hazırlaşdıqları üçün heyətə cəlb etməyib. Bu azmış kimi o, 6 legionerin də xidmətindən məhrum olub. Onlardan ikisi Krasnodar “Kuban”ının müdafiəçiləri Viktor Qovolatenko və İqor Armaşdı. Onların klubu Rusiyanın birinci divizonunda oynadığından və fasiləyə çıxmadığından, yığmamızla görüşdə iştirak edə bilməyəcəklər. Qazaxıstanda da eyni səbəb ucbatından Astana “Lokomotiv”inin futbolçuları Valeri Andronik, İqor Buqayev və Denis İluesku düşərgəyə gələ bilməyib. Daha bir legioner “Bakı”nın üzvü Vadim Boretsdi. Ölkəmizdə top qovan futbolçunun dizində zədəsi olduğu üçün komandamıza qarşı oynaya bilməyəcək.


Son xəbərlər