"Olimpik-Şüvəlan" 4 yoxlama oyunu keçirəcək

"Olimpik-Şüvəlan" 4 yoxlama oyunu keçirəcək
XƏBƏR 25 May 2010 / 12:01 1622
-  A +

"Olimpik-Şüvəlan" yeni mövsümün hazırlıqlarına iyunun 16-da başlayacaq. Qol.Az-ın məlumatına görə, bunu klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov Peşəkar Futbol Liqasının rəsmi internet saytına açıqlamasında bəyan edib. Onun verdiyi məlumata görə, gələn ay Bakıda toplanacaq komanda 3 gün ərzində tibbi müayinədən keçəcək. Növbəti bir həftədə futbolçuların fiziki hazırlıq dövrü başlayacaq. Komandanın təlim-məşq prosesinin ilk hissəsi ölkə daxilində - Quba və ya Qaxda təşkil olunacaq. Qeyd edək ki, bu dövr ərzində baş məşqçi Nazim Süleymanov yetirmələrini 4 yoxlama oyununda sınayacaq. Hazırlığın ikinci mərhələsi isə xarici ölkələrin birində baş tutacaq. Təlim-məşq prosesi Türkiyə, Avstriya və ya Şərqi Avropa ölkələrindən birində təşkil olunacaq. Klub cari mövsümün sonunda Alves dos Santos, İsmael Fransisko, Anatoli Doroş, Sergey Laşenkov və İlqar Qurbanovla yollarını ayırıb.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"