“İnter” Fransada 7-ci yerlə kifayətlənməli oldu

“İnter” Fransada 7-ci yerlə kifayətlənməli oldu
XƏBƏR 25 May 2010 / 11:54 1741
-  A +

“İnter” PİK-in 16 yaşlılardan ibarət komandası Fransada təşkil olunan beynəlxalq turnirdə çıxışını başa vurub. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, dünən turnirin son oyunları keçirilib. “Bankirlər” son oyunlarda Belçıkanın “Sulte Varegem” komandasına 0:2, Fransanın “ASCQ-2” komandasına isə 1:2 hesabıyla məğlub olub. Nəticədə oyunların yekunlarına görə “İnter” 7-ci yerlə kifayətlənməli olub. Xatırladaq ki, turnirdə 12 komanda iştirak edirdi. Komandamız bu gün komanda Bakıya qayıdır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın