Toni Adams: «Dəli mən deyiləm, İngiltərədə məşqçi işləyənlərdir»

Toni Adams: «Dəli mən deyiləm, İngiltərədə məşqçi işləyənlərdir»
ÖLKƏ FUTBOLU 24 May 2010 / 19:48 2891
-  A +

«Azərbaycana gəldiyimə görə İngiltərədə məni dəli adlandırırlar». Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” klubunun ingiltərəli baş məşqçisi Toni Adams Britaniya mətbuatına müsahibəsində deyib. Onun sözlərinə görə, əslində İngiltərə premyer liqasında işləmək özü dəlilik sayılmalıdır: «Çünki İngiltərə premyer liqası cavan məşqçilər üçün deyil. Bu ölkədə çalışmaqdan ötrü böyük təcrübəyə malik olmalısan. Mən öz qərarımın çox düzgün olduğunu hesab edirəm. Doğrudur, Azərbaycandakı infrastruktur məni qane etmir. Buranın şəraiti lazımi səviyyədə olmasa da, mən “Qəbələ” klubu ilə Azərbaycanda inqilab edəcəyimə inanıram. Mən burada özümü çox xoştbəxt hiss edirəm. Lakin ailəmin yanımda olmaması məni bir az narahat edir. Onları da özümlə Azərbaycana aparsam, bu mənim psixoloji durumuma müsbət edəcək. Bununla belə, azərbaycanlıların da çox səmimi, istiqanlı və  qonaqpərvər olduqlarını deyə bilərəm». 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord