"Orduspor"un prezidenti Ponomaryovun komandada qalacağına işarə vurdu

"Orduspor"un prezidenti Ponomaryovun komandada qalacağına işarə vurdu
XƏBƏR 24 May 2010 / 16:24 1899
-  A +

Baş məşqçi Ahmet Akcanla yollarını ayırandan sonra bu posta yeni namizəd axtarışlarını davam etdirən “Orduspor” tələsik addım atmaq istəmir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu haqda həmyerlimiz Anatoli Ponomaryovun da şərəfini qoruduğu klubun prezidenti Nedim Türkmen bilgi verib.
Ötən mövsüm baş məşqçi məsələsində çeşidli xətalara yol verdiklərini ifadə edən Türkmen, ''Bu dəfə eyni xətalara təkrarlamaq istəmirik. Məhz bu səbəbdən tələsik addım atmaq istəmirik. İnşallah “Orduspor”a ən yararlı baş məşqçini gətirəcəyik” deyə açıqlama verib. İdarə heyəti üzvlərinin bir yandan baş məşqçi arayışını, bir yandan isə futbolçu transfer çalışmalarını davam etdirdiyini bildirən klub rəhbəri yeni mövsüm üçün iddialı danışıb: ''Yeni mövsümdə hədəfimiz mütləq Superliqaya yüksəlmək olacaq. Bu üzdən rəhbərlik olaraq, səhvə yol vermək istəmirik. Bilirik ki, yol verəcəyimiz hər bir səhv “Orduspor”u hədəflərindən uza1laştırq bilər. Buna görə də, atdığımız hər bir addıma diqqət yetiririk. Yeni baş məşqçi ilə bağlı bu ana qədər bir çox mütəxəssislə görüşdük. Ancaq bu məsələdə tələsmək istəmirik. Çünki “Orduspor”un yeni mövsümdə hədəfi mütləq Superliqa olacaq”.
Görüşdükləri məşqçilərdən mütləq “Orduspor”u Superliqaya çıxarmaq sözü alacaqlarını deyən Türkmen heyətdə ciddi dəyişiklər edilməyəcəyini bildirib. Bu isə Anatolinin də növbəti mövsümdə “Orduspor”da qalacağına ümid yaradır: ''Çünki heyətdə ciddi dəyişiklik olmayacaq. 90 faiz heyəti qorumağa çalışacağıq. Bu üzdən yeni baş məşqçiyə artıq iş düşməyəcək. Bizi sadəcə hədəfimizə çatdıra biləcək baş məşqçi istəyirik”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı