Berti Foqts millidən ayrı düşüb

Berti Foqts millidən ayrı düşüb
XƏBƏR 24 May 2010 / 15:23 2030
-  A +

Millimizin baş məşqçisi Berti Foqts yığmadan ayrı düşüb. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis dünən Avstriyaya təlim-məşq toplanışına yollanan milli üzvləriylə səfərə çıxmayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlundan aldığımız bilgiyə görə, əsas komandamızın çalışdırıcısı Avstriyaya bu gün, saat 17:45-də yollanacaq. Onunla yanaşı Nərimanoğlu özü, həmçinin əsas komandamızın düşərgəsindən ayrı düşən daha 4 futbolçu da məhz bu gün səfərə çıxacaq. Çünki ölkə kubokunun finalında çıxış etməsi səbəbindən Bakıdakı təlim-məşq toplanışına da qatılmayan “Bakı”nın üzvü Fabio Luis Ramim, Saşa Yunisoğlu, “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev və Rahid Əmirquliyev də Avstriyadakı toplanışda bu gündən etibarən iştirak hüququ qazanacaq.


Son xəbərlər