"Real" seçim qarşısında: ya Rodriqo, ya da Dias

"Real" seçim qarşısında: ya Rodriqo, ya da Dias
XƏBƏR 18 Avqust 2018 / 15:53 5000
-  A +

"Real”ın baş məşqçisi Xulen Lopetegi hücum xəttinin gücləndirilməsini istəyir.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi hazırkı heyətin Çempionlar Liqasında uğur qazanaqm üçün kifayət etdiyini düşünsə də, ispan mütəxəssis fərqli fikirdədir. O, transfer pəncərəsi bağlanana kimi ən azı bir hücumçu alınmasını tələb edib. Məhz bu səbəbdən “Real”ın ya “Valensiya”dan Rodriqonu, ya da “Lion”dan Mariano Diası heyətinə qatacağı gözlənilir.

Qeyd edək ki, “Real” mövsümün sonunda komandadan ayrılan Kriştiano Ronaldoya hələlik layiqli əvəzləyici tapmayıb.

Son xəbərlər