"Şerif" – "Qarabağ": hakimlər açıqlandı

"Şerif" – "Qarabağ": hakimlər açıqlandı
ÖLKƏ FUTBOLU 18 Avqust 2018 / 15:17 4989
-  A +

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Şerif” – “Qarabağ” oyunu üçün təyinatlar açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Tiraspol şəhərində keçiriləcək ilk matçı avstriyalı hakimlər briqadası idarə edəcək. Görüşün əsas hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaynedir.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Şerif” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab oyunu isə avqustun 30-da paytaxtımızda olacaq. Həmin görüşün başlama saatı da 21:00-dır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın