Ronaldo ilk turda oynayacaqmı? – Alleqri açıqladı

Ronaldo ilk turda oynayacaqmı? – Alleqri açıqladı
DÜNYA FUTBOLU 18 Avqust 2018 / 14:13 4441
-  A +

“Yuventus”un yeni transferi Kriştiano Ronaldo bu gün Turin klubunda rəsmi debüt edəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, 33 yaşlı hücumçu bu gün A Seriyasının ilk turunda “Kyevo”ya qarşı oyunda meydana çıxacaq.

Qeyd edək ki, Ronaldo yoxlama oyunlarında forma geyinsə də, hələlik “Yuventus”da rəsmi debüt etməyib.

Son xəbərlər