...Elə beləcə də dedi. Bir Allah şahiddir ki, heç nə artırıb-azaltmıram. Şərhçi canlı yayımda az qala fəryad qoparırdı. Bir azdan göylər onun səsini eşitdi və top qapıdan keçdi.
Amma səfərdə vurulan bu qol da "Qarabağ"a kömək edə bilmədi. Bakıda BATE ilə oyunda uduzan "Köhlən atlar" Belarusda keçirilən cavab qarşılaşmasında qollu heç-heçə etsə də, Çempionlar Liqasına "əlvida" deyəsi oldu.
Qurban Qurbanovdan, onun "Qarabağ"lı etdiyi futbolçulardan, klubun sponsorundan, ciblərinin pulu ilə bilet alıb stadiona gələn fanatlardan inciməyə, gileylənməyə dəyərmi? Axı onlar son bir neçə ildə Azərbaycan və onun futbolu adına yetərincə iş gördülər. "Qarabağ"ın Çempionlar Liqasının qrupunda oynamasını gecə-gündüz, gündüz-gecə bilmədən əldə bayraq edən futbol funksionerlərinin üzünü ağartdılar. Sonra da...
Sonra da nə baş verməli idisə, o da baş verdi. "Qarabağ" meydanda tək qaldı və gücü tükəndi. Bir daha hər kəsə məlum oldu ki, bugünkü Azərbaycan futbolu vur-tut "Qarabağ"dan ibarətdir...
Dəlləkliyi futbolumuzun başında öyrənmək istəyənlər, Bakıya rəsmi səfərə gəlməyə hazırlaşan xanım Merkelin vətənində futbol məktəbi açıb pulu göyə sovuranlar indi çəkilib qalıblar kənarda. Yeri gəlmişkən, Almaniyadakı futbol məktəbimizdən futbolçu bir yana qalsın, heç bir nəfər düz-əməlli topdaşıyan da çıxmadı ki, xanım Merkelə göstərə bilək.
Məmləkətdə futbol təsərrüfatına cavabdeh olanlar, AFFA bossları, PFL başqanları, İcraiyyə Komitəsinin şanlı üzvləri, vallah-billah Azərbaycanda futbol yoxdu. Təkcə Qurban Qurbanov və onun "Qarabağ" klubu var. Heç daxili çempionat da yoxdu, sadəcə premyer-liqa adında nəsə bir yarış keçirilir. Əli AFFA-nın seyfindən çıxan 5-6 komanda da həftədə bir dəfə ora-bura qaçır. Vəssalam. Əgər kim inanmırsa, çempionatın oyunları keçirilən gün yolunu Bakıdakı stadionlardan salsın.
Yəqin fikir vermisiniz, paytaxt küçələrində adi yol qəzası olanda avtomobillərin ətrafına azından 50-60 adam yığışıb tamaşa edir. Amma bizim futbol çempionatında "Səbail"lə "Sabah" arasında keçirilən matç zamanı stadionda heç 35 azarkeş də tapmaq olmur ki, yaxınlaşıb kəlmə kəsəsən.
"Qarabağ" meydanda tək qalıb. Daha doğrusu futbolumuza cavabdeh olanların kəraməti üzündən Ağdam klubu təklənib. Sərhəddən o yana çıxarmalı başqa klubumuz qalmayıb. "Bakı", "Xəzər Lənkəran", "Simurq", "Karvan", "MKT-Araz"... klublarının dəfn mərasimlərinə sevinə-sevinə əklil göndərənlər işin bu yerə gələcəyini yəqin ki, hesablamamışdılar. Amma bir də ayılıb gördülər körpü selə verilib, ölkə kubokunu keçirməyə komanda tapılmır. Pul da tükənib, para olmayandan sonra kimdir uğur haqqında ballada dinləmək istəyən?
"Qarabağ"ın BATE ilə cavab oyununu canlı şərh edən dostumuzun səsi hələ də qulağımdan getmir - "Axı niyə top qapıdan keçmədi?" Nə qədər ki, futbolumuz bu gündədir, top belə asanlıqla qapıdan keçməyəcək. AFFA-dakılar, sizinləyəm e...
Etibar CƏBRAYILOĞLU
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol