Hafiz Məmmədov “Atletiko”nu təbrik etdi

Hafiz Məmmədov “Atletiko”nu təbrik etdi
XƏBƏR 17 Avqust 2018 / 15:24 3923
-  A +

“Bakı” klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov Madridin “Atletiko” klubunu “Real” üzərindəki qələbə sayəsində (4:2) UEFA superkubokunu qazanması münasibəti ilə təbrik edib.

Qol.az-ın xəbərinə görə, Hafiz Məmmədov bunları deyib: “Atletiko” ilə bu gün də çox gözəl münasibətlərimiz var. “Land of fire Azerbaijan” brendi Madrid klubunun sayəsində kifayət qədər tanındı, ölkəmizin reklamı baxımından özünü tam doğrultdu. “Atletiko”nun bugünkü uğurları bizi çox sevindirir. Komanda UEFA Superkubokunu qazanmaqla növbəti titula sahib çıxdı. Özü də “Atletiko” həlledici görüşdə son 3 ildə Çempionlar Liqasını qazanan “Real”dan üstün oldu. Bu, böyük uğurdur. Qələbə münasibəti ilə klubun rəhbərliyini, eləcə də bütün dünyadakı azarkeşlərini təbrik edirəm”.

Xatırladaq ki, Madrid klubu bir neçə il əvvəl Hafiz Məmmədovun təşəbbüsü ilə “Bakı” klubu ilə

əməkdaşlıq çərçivəsində meydana üzərində “Land of fire Azerbaijan” yazılmış forma ilə çıxırdı. Komanda ölkəmizlə əməkdaşlıq etdiyi ilk ildəcə “Barselona” və “Real”ın hegemonluğuna son qoyaraq La Liqada çempion oldu, eləcə də Çempionlar Liqasında finala yüksəldi.

“Bakı” ilə “Atletiko” arasında əməkdaşlıq müqaviləsi başa çatsa da, tərəflər arasında münasibət bu gün də davam edir. Təsadüfi deyil ki, ötən il “Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün paytaxtımıza səfəri zaman Madrid klubunun prezidenti Enrike Serezo ilə Hafiz Məmmədov arasında görüş keçirilmişdi. Həmin görüş zamanı Serezo “Hafiz Məmmədov mənim dostumdu. “Land of fire Azerbaijan” brendini daşıdığımız zaman “Atletiko” çox irəli getdi. Həmin işbirliyi bizə düşərli oldu. İnanırıq ki, nə vaxtsa Azərbaycanla, Hafiz bəylə yenidən işləyəcəyik. Hər zaman onun yanındayıq, onunla dostuq” fikirlərini səsləndirmişdi.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq