Məşhur məşqçi Cənubi Koreya millisində

Məşhur məşqçi Cənubi Koreya millisində
XƏBƏR 17 Avqust 2018 / 11:30 3187
-  A +

Cənubi Koreya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Cənubi Koreya Futbol Federasiyasına istinadən yaydığı xəbərə görə,  komandanı Paulu Bentu çalışdıracaq.

Portuqaliyalı mütəxəssislə 2022-ci ilə qədər müqavilə imzalanıb. Bentu bu postda Sin Txe Yeni əvəzləyib.

Qeyd edək ki, 49 yaşlı Bentu 2010 - 2014-cü illərdə Portuqaliya millisini çalışdırıb. Onun son iş yeri Çinin "Çuntsin Lifan” klubu olub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın