"Yuventus"da yeni müqavilə

"Yuventus"da yeni müqavilə
XƏBƏR 16 Avqust 2018 / 20:55 2088
-  A +

“Yuventus” futbolçusu Miralem Pyaniçlə müqaviləni yeniləyib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bosniyalı yarımmüdafiəçinin yeni müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Pyaniçin yeni müqavilə ilə illik 7 milyon avro qazanacağı bildirilib.

“Real”, “Barselona”, PSJ və “Mançester Siti” kimi klublar 28 yaşlı futbolçu ilə maraqlanırdı.

Qeyd edək ki, ötən mövsüm İtaliya A Seriyasında 31 oyuna çıxan Pyaniç 5 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.


Son xəbərlər