La Liqanın bəzi oyunları ABŞ və Kanadada keçiriləcək

La Liqanın bəzi oyunları ABŞ və Kanadada keçiriləcək
XƏBƏR 16 Avqust 2018 / 15:54 4734
-  A +

İspaniya La Liqasının bəzi oyunları ABŞ və Kanadada keçiriləcək.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, bununla bağlı La Liqa ilə "Relevant Sports" şirkəti arasında razılıq əldə olunub. Razılıq qarşıdakı 15 il üçün nəzərdə tutulub. Ancaq konkret olaraq hansı oyunların nə vaxt ABŞ və Kanadada oynanılacağı barədə məlumat verilməyib.

İspaniya mətbuatı 2018/2019 mövsümündə "Real" və "Barselona"nın sözügedən ölkələrdə matç keçirə biləcəyini yazıb.

Qeyd edək ki, La Liqaya avqustun 17-si start veriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord