"Kapitan olmaq böyük şərəfdir" - Lionel Messi

"Kapitan olmaq böyük şərəfdir" - Lionel Messi
XƏBƏR 15 Avqust 2018 / 20:59 2917
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi  komandanın yeni kapitanı seçilməsinə münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Klubun kapitanı olmaq mənim üçün böyük şərəfdir. Bu klubun nə demək olduğunu bilirəm. Məndən əvvəl buranın böyük kapitanları olub".

Qeyd edək ki, klubun sabiq kapitanı Andres İnyestanın "Vissel Kobe"yə transferindən sonra kapitanlıq sarğısı L.Messiyə verilib.

Daha çox


Son xəbərlər