“Mən əyyaş deyiləm” – Aleksandr Əliyev

“Mən əyyaş deyiləm” –  Aleksandr Əliyev
XƏBƏR 15 Avqust 2018 / 16:07 5039
-  A +

Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev haqqında səsləndirillən tənqidi fikirlərə münasibət bildirib.

Qol.az-ınn xəbərinə görə, əslən azərbaycanlı olan 33 yaşlı yarımmüdafiəçi “Sport.ua”ya açıqlamasında onun əyyaşlıq etməsi ilə bağlı deyilənlərin doğru olmadığını qeyd edib:

“İnsanlar məni əyyaş “ediblər”. Mən gəzə bilərəm, içə bilərəm, ancaq bunları hər gün etmirəm. Bunlar hamısı jurnalistlərin uydurmasıdır. Niyə mən futbol oynayanda, qol vuranda bundan yazmırdılar? Ancaq bir şey bilirlər - əyyaş, əyyaş...

Bəli, mən qızıl insan deyiləm,  istədiyim kimi yaşamışam. Ancaq bu o demək deyil ki, haqqımda istədiklərini yazmalıdırlar”.

Xeyli müddətdir peşəkar futbolla məşğul olmadığını deyən Əliyev hazırda oynamaq gücündə olduğunu bildirib: “Futbol oynamağa gücüm həmişə var. 33 yaşım var. Kök deyiləm, qarnım yoxdur, yaxşı görünürəm”.

Qeyd edək ki, A.Əliyev  Rusiyanın “Anji”,  "Lokomotiv",  Ukraynanın "Metallurq", "Dinamo" və "Dnepr" kimi komandalarında çıxış edib. O, son olaraq Ukraynanın həvəskarlar Liqasında yarışan “Katandzaro” klubunda oynayıb.
 

Daha çox


Son xəbərlər