"İnyesta "Barselona"ya qayıdacaq" - Bartomeu

"İnyesta "Barselona"ya qayıdacaq" -  Bartomeu
XƏBƏR 15 Avqust 2018 / 15:33 4070
-  A +

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta yenidən Kataloniya klubuna qayıdacaq.

Qol.az-ın məlumatına görə, bunu klub prezidenti Xosep Bartomeu “Marca”ya açıqlamasında deyib.

O, təcrübəli müdafiəçiyə klubda vəzifə veriləcəyini bildirib: “O, “Barselona”da oyunçu karyerasını bitirib, ancaq digər işlərin həlli üçün qayıdacaq. Biz artıq İnyesta ilə bu barədə danışmışıq. O, “Barselona” ilə birdəfəlik vidalaşmayıb”.

Qeyd edəkk ki, “Barselona”nın yetirməsi olan olan 34 yaşlı futbolçu 20 il Kataloniya klubunun şərəfini qoruyub. Ötən mövsümün sonunda isə o, Yaponiyanın "Kobe" klubuna keçib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın