“Zirə” - “Keşlə” oyununun yeri dəyişdirildi

“Zirə” - “Keşlə” oyununun yeri dəyişdirildi
XƏBƏR 15 Avqust 2018 / 13:30 1681
-  A +

Topaz Premyer Liqasının 2-ci turunda keçiriləcək “Zirə” - “Keşlə” görüşünün yeri dəyişdirilib.

Qol.az-ın PFL-ə istinadən yaydığı xəbərə görə, görüş  əvvəlcədən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da deyil, “AZAL Arena”da oynanılacaq.

“Dalğa Arena”nın ot örtüyünün yüklənməsinin qarşısını almaq, milli komandaların qarşıdakı oyunlarını, “Zirə”nin müraciətini və “Keşlə”nin razılığını rəhbər tutan PFL, matçın yerinin dəyişdirilməsinə qərar verib.

Qeyd edək ki, avqust 18-də keçiriləcək “Zirə” - “Keşlə” oyunu saat 20:30-da başlanacaq.

Daha çox


Son xəbərlər