Messi milli karyerasına fasilə verir

Messi milli karyerasına fasilə verir
XƏBƏR 15 Avqust 2018 / 12:35 3368
-  A +

Argentina yığmasının kapitanı Lionel Messi milli karyerasına fasilə vermək istəyir.

Qol.az-ın Argentina mətbuatına istinadən yaydığı xəbərə görə, "Barselona"nın hücumçusu Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və müvəqqəti  baş məşqçi Lionel Skalonidən ilin sonunadək milli komandaya çağırılmamasını istəyib.

Xəbərdə “İnter”in hücumçusu Mauro İkardinin yenidən yığmaya dəvət alacağı da bildirilib. “Yuventus”un forvardı Paulo Dibala isə millidə daha çox şans qazanacaq.

Argentina millisi sentyabrın 7-də Qvatemala,  sentyabrın 11-də Kolumbiya ilə yoldaşlıq oyunları keçirəcək.

Qeyd edək ki, 2005-ci ildən milliyə dəvət olunan Messi 128 oyuna 65 qol vurub.

 

Daha çox


Son xəbərlər