Dünya çempionu “Roma”da

Dünya çempionu “Roma”da
XƏBƏR 15 Avqust 2018 / 01:46 4575
-  A +

“Sevilya”nın yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını “Roma”da davam etdirəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, fransız futbolçu paytaxt təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Nzonzinin keçidi “Roma”ya 26,65 milyon avroya başa gəlib. Daha 4 milyon isə bonus şəklində ödəniləcək.

Qeyd edək ki, DÇ-2018-in qalibi yeni klubunda 42 nömrəli forma ilə çıxış edəcək.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı