“Fənərbaxça” “Qalatasaray”a milyonlar qazandırdı

“Fənərbaxça” “Qalatasaray”a milyonlar qazandırdı
XƏBƏR 15 Avqust 2018 / 01:10 8825
-  A +

“Fənərbaxça” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandırıb.

Qol.az xəbər verir ki, İstanbul klubu ilk oyunda səfərdə 0:1 hesabı ilə uduzduğu “Benfika” ilə öz meydanında bərabərə qalıb - 1:1. Bu nəticədən sonra cari mövsüm ÇL-in qrup mərhələsində Türkiyəni yalnız çempion “Qalatasaray” təmsil edəcək.

“Fənərbaxça”nın ÇL-dən kənarda qalması isə “Qalatasaray”a maddi baxımdan faydalıdır. Belə ki, qrup mərhələsində yalnız “Qalatasaray” iştirak edəcəyindən UEFA-nın Türkiyəyə ayıracağı yayım məbləğinin hamısı “Sarı-qırmızılılar”a çatacaq.

Hələlik məbləğ məlum deyil. Amma söhbət minimum 22 milyondan gedir. Belə ki, “Beşiktaş” ötən il məhz bu qədər vəsaitə sahib çıxmışdı. Cari mövsümdə məbləğin daha da artacağı ehtimal edilir.

Qeyd edək ki, “Qalatasaray” daha 15 il milyon avro ÇL-in qrupunda iştirakına görə əldə edəcək.

Daha çox


Son xəbərlər