Qriqorçuk və Almeyda da ÇL-lə vidalaşdı

Qriqorçuk və Almeyda da ÇL-lə vidalaşdı
XƏBƏR 15 Avqust 2018 / 00:14 4328
-  A +

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin görüşləri davam edir.

Qol.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu, “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” da qitənin ən mötəbər klub turniri ilə vidalaşıb.

İlk oyunda öz meydanında Zaqreb “Dinamo”suna 0:2 hesabı ilə uduzan “Astana” səfərdə də rəqibinə məğlub olub. Görüş xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Almeyda 78-ci dəqiqədə əvəzlənib. Digər sabiq “Qarabağ”lı Pedro Enrike isə 90 dəqiqə meydanda olub.

Daha çox


Son xəbərlər