"Modriç gec-tez İtaliyaya gedəcək" - agenti

"Modriç gec-tez İtaliyaya gedəcək" -  agenti
XƏBƏR 14 Avqust 2018 / 18:55 3292
-  A +

"Real"ın yarımmüdafiəçisi Luka Modriçin meneceri Marko Naletiliç futbolçusunun "İnter"ə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Tuttosport" nəşrinə istinadən yaydığı xəbərə görə, o, xorvatiyalı oyunçunun İtaliya klubuna getməkdə maraqlı olduğunu söyləyib:

"Modriç "İnter"ə keçmək barədə sadəcə düşünmürdü. Bu komandada vacib rol almaq ona cəlbedici gəlmişdi. Düşünürəm ki, Luka gec-tez İtaliyada oynayacaq. Çünki o, A Seriyasının oyunları ilə böyüyüb".

Qeyd edək ki, "İnter"ə keçmək üçün "Real"ın prezidenti Florentino Peresdən icazə istəsə də, o, aparıcı futbolçusunu buraxmamışdı.

Daha çox


Son xəbərlər