Milimiz Belarusa qalib gəldi

Milimiz Belarusa qalib gəldi
XƏBƏR 14 Avqust 2018 / 17:09 2159
-  A +

Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyunu keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Nigar Mirzəliyeva fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də keçirilən oyunda Belarus yığması eyni hesabla qalib gəlib.

Daha çox


Son xəbərlər