BATE sarı, "Qarabağ" qara forma geyinəcək

BATE sarı, "Qarabağ" qara forma geyinəcək
XƏBƏR 14 Avqust 2018 / 15:10 3794
-  A +

BATE Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ"la cavab oyununda sarı rəngli forma ilə çıxacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə Belarus klubunun rəsmi saytı məlumat yayıb. Borisov təmsilçisinin qapıçısı isə qırmızı rəngdə forma geyinəcək.

"Qarabağ" meydanda qara rəngli forma ilə oynayacaq. Ağdam klubunun qapıçısı isə ağ rəngli forma ilə meydana çıxacaq.

Xatırladaq ki, BATE - "Qarabağ" görüşü bu gün saat 21:00-da başlayacaq.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın