"Qəbələ"də ciddi itki - 1 ay oynamayacaq

"Qəbələ"də ciddi itki - 1 ay oynamayacaq
GÜNDƏM 14 Avqust 2018 / 14:20 3041
-  A +

"Qəbələ" ciddi itki ilə üzləşib.

Klubdan Qol.az-a verilən məlumata görə, "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Stiven Monroz zədələnib. Topaz Premyer Liqanın ilk turunun "Səbail"lə oyunundan (3:0) əvvəl keçirilən məşqdə əzələsi dartılan fransız futbolçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Monroz zədə səbəbindən 2-ci turun "Neftçi" və 3-cü turun "Sumqayıt"la oyunlarını buraxmalı olacaq.

Daha çox


Son xəbərlər