"Məncə, "Qarabağ"ın heyətində dəyişiklik olacaq" - BATE-nin baş məşqçisi

"Məncə, "Qarabağ"ın heyətində dəyişiklik olacaq" - BATE-nin baş məşqçisi
ÖLKƏ FUTBOLU 14 Avqust 2018 / 11:45 4634
-  A +

BATE-nin baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. Qol.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Əminəm ki, bizi ağır oyun gözləyir. Üstünlüyümüz elə də böyük deyil. Ola bilsin, səfərdə qol vurduğumuz üçün bir az psixoloji və strateji üstünlüyümüz var. Amma bu, hələ heç nə demək deyil.

- "Qarabağ"la oyunda sizin üçün əsas qol vurmaq, yoxsa qol buraxmamaq vacibdir?

- Qol vurmaq və top buraxmamaq daha ideal nəticə olardı.

- Bu, məşqçilik karyeranızda hələlik ən vacib oyundur. Psixoloji təzyiqlə necə mübarizə aparırsınız?

- Açığı, bir həftə çox tez keçdi. Oyuna bir neçə saat qalıb. Şablon səslənsə də, məşqçilər korpusunda köməkçi kimi də olsa, qrup mərhələsi və belə vacib oyunların təcrübəsini yaşamışam. Müqayisə və yanaşmadan çox şey asılıdır. Amma gərginlik hiss olunur. Hər şey bundan keçir.

- Cavab matçında da Bakıdakı kimi rəqibə böyük qüvvə ilə pressinq edəcəyinizi gözləməyə dəyərmi?

- Bəli, əlbəttə, gözləməyə dəyər. Amma başa düşmək lazımdır ki, pressinq əlavə enerji sərfiyyatıdır. Oyunun müəyyən hissələrini təzyiqsiz keçirə bilərik. Nədənsə fikirləşirəm ki, "Qarabağ"ın heyətində dəyişikliklər olacaq. Fərqli xarakterli başqa oyunçular olacaqlar. Hər dəqiqə ayıq-sayıq olmaq lazımdır. Bütün 90 dəqiqədə pressinq etmək mümkün deyil.

- Rəqib ilk oyunun son 15 dəqiqəsində BATE-yə çətin anlar yaşatdı. Bu hal Borisovdakı matçın startında da gözlənilirmi?

- Düşünürəm ki, gözləmək olar. Onlara qol lazımdır. "Qarabağ" hücum xəttində kifayət qədər yaxşı legionerləri olan usta komandadır. Təbii ki, ilk dəqiqələrdən belə bir təzyiq gözləyirik.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord