"Qarabağ" ÇL-də mübarizəni dayandırdı

"Qarabağ" ÇL-də mübarizəni dayandırdı
ÖLKƏ FUTBOLU 14 Avqust 2018 / 22:48 18442
-  A +

Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin görüş 1:1 hesabı ilə yekunlaşıb və "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, təmsilçimiz yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Atlılar" burada "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.


14 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

21:00. BATE (Belarus) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qol:
Mirka İvaniç, 19 (1:0), Miçel, 54 (1:1)
Qırmızı vərəqə: İnnosent Emeqara, 76 ("Qarabağ")
İlk oyun - 1:0
Hakimlər:
Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Borisov. "Borisov Arena"

Daha çox


Son xəbərlər