"Qarabağ" "Borisov Arena"da məşqə çıxmaqdan imtina etdi

"Qarabağ" "Borisov Arena"da  məşqə çıxmaqdan imtina etdi
XƏBƏR 13 Avqust 2018 / 23:00 7967
-  A +

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində  BATE ilə qarşılaşacağı "Borisov Arena"da matçdan əvvəl məşqə çıxmaqdan imtina edib.
 
Qol.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə,  Ağdam təmsilçisi Borisova getməyərək, Minskdəki "Olimpiyski" stadionunda məşq edib.

Qeyd edək ki,  BATE - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər