"Qarabağ" aldadıcı təəssürat yarada bilər" - BATE-nin futbolçusu

"Qarabağ" aldadıcı təəssürat yarada bilər" - BATE-nin futbolçusu
GÜNDƏM 13 Avqust 2018 / 20:51 7026
-  A +

"Qarabağ" aldadıcı təəssürat yarada bilər. Bu komandada kifayət qədər güclü futbolçular və yaxşı legionerlər var".

Qol.az-ın məlumatına görə, bu sözləri BATE-nin futbolçusu Stanislav Draqun Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Ağdam klubu ilə Bakıdakı matçda  iki hissədə fərqli oyun sərgiləmələrinin səbəbi haqda da danışıb: "Bunun xüsusi bir səbəbi yoxdur. Hər şey psixologiya və Bakıdakı oyunda olan təzyiqlə bağlıdır. Stadion dolu idi."Qarabağ" bu cür dəstəklə evdə uduzmamalı idi. Xoşbəxtlikdən hesabda önə keçdik. Qələbə qazanmağımız yaxşı oldu".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki