"Konte "Çelsi"də qalsaydı, gedəcəkdim"

"Konte "Çelsi"də qalsaydı, gedəcəkdim"
XƏBƏR 13 Avqust 2018 / 20:09 4577
-  A +

Çelsi"nin futbolçusu Villian London klubunda qalmağının səbəbi haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, transfer pəncərəsi dövründə adı "Barselona" və "Mançester Yunayted"lə hallanan braziliyal hücumçu deyib ki, Antonio Kontenin ayrılmasından sonra klubda karyerasını davam etdirməyə qərar verib:

"Konte ilə çalışmaq çox çətin idi. Əgər burada qalsaydı, "Çelsi"dən gedəcəkdim. Yeni baş məşqçi Sarrinin gəlişindən sonra daha fərqli oynayırıq. Yeni taktikamız var".

Qeyd edək ki, Villianın "Çelsi"də bu yay baş məşqçi dəyişikliyindən sonra "Barselona"nın təklifini rədd etdiyi iddia olunur.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı