"Penaltilər seriyası hər zaman lotoreyadır. Ancaq həmin anda rəqibin fikirlərini oxumaq və onun qol vurmasına mane olmaq lazımdır".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Halldorsson Belarus mətbuatına açıqlamasında deyib.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin BATE ilə cavab oyunu öncəsi "presball.by" saytına danışan islandiyalı qolkiper dünya çempionatında Argentina millisinin kapitanı Lionel Messinin 11 metrlik cərimə zərbəsini dəf etməsini xatırlayıb. 34 yaşlı qapıçı BATE ilə sabah keçiriləcək oyunda da penaltilər seriyasına hazır olacağını bildirib:
"Bunu dünya çempionatında Argentinaya qarşı etməyə nail oldum. Bu, karyeramın ən parlaq məqamlarından biridir. İndi həmin epizod haqda düşünmürəm, amma getdiyim yerlərdə insanlar bunu mənə xatırladırlar. Qapıma 11 metrlik cərimə zərbəsi təyin olunanda, heç vaxt təzyiq hiss etmirəm. Əgər BATE ilə qarşılaşmanın taleyini penaltilər seriyası həll edəcəksə, buna da hazır olacağam".
Qeyd edək ki, sabah keçiriləcək BATE - "Qarabağ" oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda Ağdam klubu rəqibinə 0:1 hesabı ilə uduzub.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi