Ukrayna millisi "Moskva"da qalmaqdan imtina etdi

Ukrayna millisi "Moskva"da qalmaqdan imtina etdi
XƏBƏR 10 Avqust 2018 / 17:12 3948
-  A +

Ukrayna yığması Millətlər Liqasının ilk oyununda Çexiya ilə qarşılaşacaq.

Qol.az-ın xəbərinə görə, görüş sentyabrın 6-da çexiyanın Zlin şəhərində keçiriləcək. Oyunun təşkilatçıları qonaqlara yerli "Moskva" otelində qalmağı təklif ediblər.
 
Lakin mehmanxananın adı ukraynalıların xoşuna gəlməyib. Onlar "Moskva"da qalmaqdan imtina edib. Buna görə də ukraynalı futbolçular oyundan bir gün qabaq - sentyabrın 5-də Brno şəhərinə gedərək oradakı otellərdən birində məskunlaşacaq və səhərisi gün avtobusla oyuna yollanacaq.

Son vaxtlar Ukrayna və Rusiya arasında baş verən siyasi gərginliklərə görə milli komanda belə qərar verib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı