Çempionlar Liqasında mövsümün ən yaxşısı adına - namizədlər

Çempionlar Liqasında mövsümün ən yaxşısı adına - namizədlər
DÜNYA FUTBOLU 10 Avqust 2018 / 14:15 4556
-  A +

Çempionlar Liqasında 2017/18 mövsümünün çıxış etdiyi mövqeyinə görə ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər aşağıda adları qeyd olunan futbolçlardır:

Ən yaxşı qapıçı: Canluicci Buffon (“Yuventus” / PSJ), Alisson (“Roma” / “Liverpul”), Keylos Navas (“Real”).

Ən yaxşı müdafiəçi: Marselo, Serxio Ramos, Rafael Varan (hamısı "Real").

Ən yaxşı yarımmüdafiəçi: Toni Kroos, Luka Modriç (hər ikisi “Real”), Kevin de Brüyne (“Mançester Siti).

Ən yaxşı hücumçu: Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Real” / “Yuventus”), Məhəmməd Salah (Liverpul).

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılacaq.

Qeyd edək ki, qalibin adı avqustun 30-da Monakoda keçiriləcək ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı