"Mançester Siti" Co Hartı satdı - rəsmi

"Mançester Siti" Co Hartı satdı - rəsmi
DÜNYA FUTBOLU 7 Avqust 2018 / 14:16 4346
-  A +

"Bernli" "Mançester Siti"nin qapıçısı Co Hartı transfer edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. C.Hart yeni klubunda 30 nömrəli forma ilə çıxış edəcək. Britaniya mətbuatı bu transfer üçün "Bernli"nin 4 milyon funt sterlinq təzminat ödədiyini yazıb.

Qeyd edək ki, C.Hart ötən mövsüm icarə əsasında "Vest Hem"də oynayıb.


Son xəbərlər